Peyvənd olunanların sayı açıqlandı 

18:34 12.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bu gün 21 604 nəfər peyvənd olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16596 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1727510, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1014495, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 713015 təşkil edir.